Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 1 iyun tarixində Apa-ya istinadən məlumat veririk.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. İki minik avtomobili hərəkətdə olan zaman toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.