15.3 C
Gence
15.3 C
Gence

İki küçədə işıqlandırma işləri görülür

Gəncədə daha iki küçə işıqlandırılacaq. Bu haqda Gencexeber.az-a 21 aprel tarixində məlumat daxil olub.

Söhbət şəhərin Ordubadi və Dadaş Bünyadzadə küçələrindən gedir. Burada yolun kənarına işıq dirəkləri qoyulur. Yeni çəkilmiş elektrik xətlərinin üstünə asfalt örtüyü salınıb.

Yaxın günlərdə ərazidə “Azərişıq” ASC-nin əməkdaşları dirəkləri müvafiq yerlərə quraşdıracaqlar.

Xatırladaq ki, bənzər işlər 28 May və Şərəfxanlı küçələrində də aparılır.

Ən Çox Oxunan