Gəncədə bir sıra işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 23 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Atatürk prospektinin Ruzigar Qasımov küçəsi və Nizami prospekti ilə kəsişmələrindən gedir. Burada hərəkət tənzimləyiciləri fəaliyyət göstərmir.
Kəsişmələrdən birinə yol polisi əməkdaşları cəlb olunublar. Onlar nəqliyyatın hərəkətini tənzimləyirlər.
Lakin işıqforların işləməməsi səbəbindən ərazilərdə sıxlıq yaranıb.