25.4 C
Gence
18.5 C
Ganja

İki avtomobil toqquşub: sürücülərdən biri sıxılmış vəziyyətdə qalıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 15 sentyabr tarixində məlumat daxil olub.

Hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 28 May küçəsində “Mercedes” və “Volkswagen” markalı 2 minik avtomobili toqquşub. Nəticədə birincinin 19 yaşlı sürücüsü maşında sıxılmış vəziyyətdə qalıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilacediciləri cəlb olunublar. Gənc sürücü maşından çıxarılıb. O, müxtəlif xəsarətlərlə təcili tibbi yardım briqadasına təhvil verilib.