Gəncədə qazılmış ərazinin üstü örtülməyib. Bu haqda Gencexeber.az-a 27 aprel tarixində məlumat daxil olub.
Söhbət şəhərin İsrafil Məmmədov küçəsindən gedir. Burada bir müddət öncə kommunal məsələ səbəbindən asfalt örtüyü bir neçə yerdə qazılıb. Daha sonra ərazidə çalışanlar həmin yerin üstünü örtmədən gediblər.
Sakinlərin sözlərinə görə, bu hal uzun müddətdir davam edir. Küçənin qazılmış olması avtomobil və piyadalar üçün çətinlik yaradır.