Gəncədə bəzi küçələrin piyada səkiləri zəbt olunub. Bu haqda Gencexeber.az-a 23 mart tarixində məlumat daxil olub.
Söhbət şəhərin Süleyman Rəhimov küçəsindən gedir. Ərazidə yaşayan sakinlər piyada səkisinə qum və kərpicdən təpəciklər yığıblar. Bu hala küçə boyunca bir neçə yerdə rast gəlinir.
Yaranan vəziyyət piyadaların səkidən istifadəsinə maneə törədir. Bu səbəbdən sakinlər avtomobil yolu ilə hərəkət etməyə məcbur olurlar. Belə olduqda isə onların həyatı üçün təhlükə yaranır.
Sözügedən problemlərdən başqa, səkidə asfalt örtüyü də yoxdur.