25.4 C
Gence
18.5 C
Ganja

Üç küçədə bordürlər yenilənir

Gəncədə küçələrin təmir işləri davam edir. Bu haqda Gencexeber.az-a 16 sentyabr tarixində məlumat daxil olub.

Hazırda işlər Ələsgər Məmmədov, Xudadat bəy Rəfibəyli küçələri və Ozan küçəsi 3-cü döngədə gedir. Adıçəkilən ərazilərdə texnika və canlı qüvvə çalışır. Buradakı köhnə bordürlər sökülür və yeniləri ilə əvəz olunur. 

Xatırladaq ki, analoji işlər şəhərin bir sıra küçələrində aparılır.