Gəncədə yol nişanları və şəhid abidələri təmizlənib. Bu haqda 13 yanvar tarixində Avtosfer-ə istinadən məlumat veririk.
Bildirilir ki, Baş Dövlət Yol Polisi İdarəsinin və “Siqnal İLİİ”-nin əməkdaşları tərəfindən yol kənarlarında olan şəhidlərin xatirə lövhələri və yol nişanları qardan və buzdan təmizlənir. Onlar həm yol nişanlarını qardan təmizləyərək normal hala gətirirlər, həm də yollara yaxın ərazilərdə yerləşən şəhid abidələrinə qulluq göstərərək təmizlik işləri aparırlar.