Gəncədə daha bir küçə asfaltlanıb. Bu haqda Gencexeber.az-a 13 may tarixində məlumat daxil olub.
Söhbət şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsindən gedir. Burada yol səthi bərabərləşdirilib. Yol kənarlarına isə bordürlər düzülüb. Hazırda əsas yola asfalt örtüyü çəkilib. Yekun olaraq, piyadalar üçün nəzərdə tutulmuş səkinin təmir olunması planlaşdırılır.