Gəncədə daha bir küçəyə yol infrastrukturu salınır. Bu haqda Gencexeber.az-a 16 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Şövkət Səlimova küçəsindən gedir. Adıçəkilən ərazi təmir olunur. Küçəyə aidiyyəti qurumun texnika və canlı qüvvəsi cəlb edilib. Hal-hazırda avtomobil yoluna asfalt örtüyü salınır.
Qeyd edək ki, analoji işlər şəhərin bir sıra küçələrində aparılır.