Gəncədə daha bir küçəyə asfalt örtüyü salınır. Bu haqda Gencexeber.az-a 2 noyabr tarixində məlumat daxil olub.
Söhbət Yeni Gəncə qəsəbəsində Həmidə xanım Məmmədquluzadə küçəsindən gedir. Adıçəkilən ərazidə yol infrastrukturu salınır. Burada aidiyyəti qurumun canlı qüvvəsi və texnikası çalışır.
Hazırda ərazidə köhnə asfalt örtüyü qaşınır. Növbəti mərhələdə avtomobil yolu asfaltlanacaq.