Gəncədə reyd keçirilib. Bu haqda 3 noyabr tarixində Kəpəz Tv-yə istinadən xəbər veririk.
“Təmiz hava” aylığı çərçivəsində şəhərin müxtəlif ərazilərində reyd təşkil olunub. Yoxlama Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən baş tutub. Avtomobillərdən ixrac olunan qazların tərkibi yoxlanılıb. Sürücülərə avtomobillərin yanacaq sistemini tənzimləməklə ixrac qazlarının tərkibini normalara uyğunlaşdırmaq tövsiyə edilib.
Yoxlamalar zamanı nəqliyyat vasitəsi atmosferi həddindən artıq çirkləndirən və standartlara cavab verməyən iyirmiyə yaxın sürücü cərimələnib. Reydlərin keçirilməsində məqsəd atmosferin çirkləndirilməsi hallarının qarşısını almaqdır.