11.9 C
Gence
11.9 C
Gence

Şəhərin mərkəzində zəncirvari qəza olub

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 16 mart tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Ələkbər bəy Rəfibəyli küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107”, “QAZ-24” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan