Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 8 aprel tarixində Oxu.az-a istinadən məlumat veririk.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. “Mercedes”, “Toyota Prius” və “Toyota Prado” markalı avtomobillər toqquşublar. Bildirilir ki, qəza zamanı xəsarət alan olmayıb.
Avtomobillər yararsız hala düşüblər. Hadisənin başvermə səbəbləri araşdırılır.