16.4 C
Gence
16.4 C
Gence

Şəhərin mərkəzində yol nişanları silinib

Gəncədə bir neçə küçədə yoldakı xətlər silinib. Bu haqda Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin ən çox istifadə olunan Şah İsmayıl Xətai və Atatürk prospektlərindən gedir. Burada asfalt örtüyünə çəkilmiş yol xətləri silinib. Nəticədə hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaranır.

Piyadalar yol nişanları silindiyi üçün yolu keçməkdə çətinlik çəkdiklərini bildiriblər.

Ən Çox Oxunan