25.4 C
Gence
18.5 C
Ganja

Şəhərin mərkəzində qazılmış hissəyə yamaq vurulub

Gəncədə yollardan biri təmir edilib. Bu haqda Gencexeber.az-a 15 sentyabr tarixində məlumat daxil olub.

Sözügedən işlər şəhərin Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində aparılıb. Bir müddət öncə burada yolun bir hissəsi qazılıb. Sürücülərin sözlərinə görə, həmin çuxur hərəkət iştirakçılarına təhlükə və çətinlik yaradırdı.

Gecə saatlarında əraziyə canlı qüvvə və texnika cəlb olunub. Yolun qazılmış hissəsi doldurulub və üzərinə yamaq vurulub.