19.7 C
Gence
19.7 C
Gence

Şəhərin mərkəzində qəza: iki nəfər xəsarət alıb

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 8 may tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Ceyhun Abdullayevin idarə etdiyi “VAZ-2105” markalı avtomobil 75 yaşlı Akif Əzizovun sürdüyü “VAZ-2107” ilə toqquşub. Nəticədə Akif Əzizov və həyat yoldaşı, 66 yaşlı Şəfiqə Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan