9.7 C
Gence
5.5 C
Ganja

Şəhərin mərkəzində üç maşın toqquşub

Gəncədə avtomobil qəzası baş verib. Bu haqda 15 noyabr tarixində Apa-ya istinadən məlumat veririk.

Hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. “VAZ 21099” və “VAZ 2106” markalı avtomobillər hərəkətdə olan zaman toqquşub. Daha sonra sonuncu yol kənarında dayanan “Mercedes”ə çarpılıb.

Qəza zamanı xəsarət alan olmayıb. Lakin bildirilir ki, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan