Gəncədə dördyolda işıqforlar işləmir. Bu haqda Gencexeber.az-a 15 mart tarixində məlumat daxil olub.
Söhbət şəhərin Heydər Əliyev prospektinin Ruzigar Qasımov küçəsi və Nizami Gəncəvi prospekti ilə kəsişmələrindən gedir. Burada hərəkət tənzimləyiciləri fəaliyyət göstərmir.
Adıçəkilən ərazilərə yol polisi əməkdaşları cəlb olunublar. Onlar nəqliyyatın hərəkətini tənzimləyirlər.