Gəncədə avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 3 may tarixində məlumat daxil olub.
Hadisə gecə saatlarında şəhərin Nizami və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. “Kia” markalı avtomobil başqa bir maşınla toqquşub. Nəticədə xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.