Gəncə şəhərinin mərkəzində piyada keçidi xətti bərpa olunmalıdır. Bu haqda Gencexeber.az-a 21 yanvar tarixində məlumat daxil olub.
Sözügedən hal Atatürk prospektində müşahidə olunur. Burada yerləşən piyada zolaqlarından birinin 2/3 hissəsi silinib. Bu da piyadalara yolu keçməkdə çətinlik yaradır.
Həmçinin sakinlər “zebra”nın üstündə maşınların parklanmasından narazı olduqlarını bildirirlər.