Gəncədə daha bir prospekt təmir olunur. Bu haqda Gencexeber.az-a 6 noyabr tarixində məlumat daxil olub.
Söhbət Heydər Əliyev prospektindən gedir. Adıçəkilən əraziyə müvafiq qurumun texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda prospekt boyunca avtomobil yolu və piyada səkisində abadlaşdırılma işləri aparılır. Yerə döşənmiş və sıradan çıxmış tamet daşları yeniləri ilə əvəz olunur.