Gəncədə, “Mərkəzi poçtun dördyolu” adlandırılan ərazidə sakinlər piyada keçidinin olmasını istəyirlər. Bu haqda 2 may tarixində Gəncəxəbər.az xəbər verir.
Sözügedən ərazi şəhərin Heydər Əliyev prospekti və Mirzə Abbas Abbaszadə küçəsinin kəsişməsində yerləşir. Ərazidə işıqforların olmasına baxmayaraq, sakinlər qeyd edirlər ki, bəzən işıqfor işləmir.
Onlar əlavə ediblər ki, piyada keçidinin olmaması əksər hallarda piyadaların qəzaya düşməsinə səbəb olur. Sakinlər tez bir zamanda əraziyə “zebra” xətlərinin çəkiləcəyinə ümid edirlər.