17.5 C
Gence
17.5 C
Gence

Şəhərin mərkəzi hissəsində yenə işıqforlar işləmir

Gəncənin mərkəzində bəzi işıqforlar fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a 4 oktyabr tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Şah İsmayıl Xətai prospekti ilə Ruzigar Qasımov küçəsi və Heydər Əliyev ilə Nizami Gəncəvi prospektlərinin kəsişməsində müşahidə olunur. Bu ərazilərdə yerləşən yol tənzimləyiciləri işləmir.

Yaranan vəziyyət piyadalar və sürücülər üçün təhlükə saçır. Burada qəza vəziyyəti yaranır. Adıçəkilən ərazilərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənmir.

Qeyd edək ki, bu hal tez-tez təkrarlanır.

Ən Çox Oxunan