Gəncədə yarım kilometr məsafədə ərazi qaranlıqda qalıb. Bu haqda məlumat iyunun 13-ü Gencexeber.az-a daxil olub.
Sözügedən məsələ Atatürk prospektində yerləşən Mərkəzi Univermağın yanından Ruzigar Qasımov küçəsinin kəsişməsinə kimi müşahidə edilir.
500 metr məsafədə olan ərazidəki işıq dirəklərində plafonlar yandırılmayıb. Bu səbəbdən iyunun 9-dan etibarən küçə qaranlığa qərq olub.
Sakinlərin sözlərinə görə, onlar evə gedərkən telefonun fənərindən istifadə edirlər.
Xatırladaq ki, bu il martın 15-i istifadə edilməyən işıqlandırılma sistemləri ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən açıqlama verilmişdir.