14.1 C
Gence
11.5 C
Ganja

Şəhərin daha bir küçəsində yol infrastrukturu salınır

Gəncədə yolların təmiri davam edir. Bu haqda Gencexeber.az-a 18 noyabr tarixində məlumat daxil olub.

Söhbət şəhərin Neman Vəliyev küçəsindən gedir. Adıçəkilən ərazidə aidiyyəti qurumun texnika və canlı qüvvəsi çalışır.

Burada köhnə avtomobil yolu qaşınıb. Yol səthi bərabərləşdirilib. Hal – hazırda yeni asfalt örtüyü çəkilir.

Növbəti mərhələdə yol nişanları və xətləri çəkiləcək.

Ən Çox Oxunan