Gəncədə bir küçədə asfaltlama işləri gedir. Bu haqda Gencexeber.az-a 8 noyabr tarixində məlumat daxil olub.
Söhbət şəhərin Nəsib bəy Yusifbəyli küçəsindən gedir. Adıçəkilən əraziyə texnika və canlı qüvvə cəlb olunub.
Sözügedən küçədə avtomobil yolu təmir olunur. Asfalt örtüyünün yararsız hala düşmüş və çökmüş hissələrinə yamaq vurulur.