Gəncədə daha bir küçədə piyadaların hərəkətinə maneə yaranıb. Bu haqda Gencexeber.az-a 23 sentyabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin Ozan küçəsinin ikinci döngəsində müşahidə olunub. Adıçəkilən küçədə ağacın budaqları piyada səkisinə yığılıb. Nəticədə piyadaların hərəkəti məhdudlaşıb.
Yoldan istifadə edən sakinlər piyada səkisindən keçə bilmirlər. Onlar bildirirlər ki, bu səbəbdən avtomobil yolundan istifadə edirlər.
Sakinlərin sözlərinə görə, sözügedən mənzərə artıq bir neçə gündür dəyişməz olaraq qalıb.