Gəncədə daha bir neçə küçədə yol infrastrukturu salınır. Bu haqda Gencexeber.az-a 20 noyabr tarixində məlumat daxil olub.
Bu hal şəhərin Əkbər Ağa Şeyxülislamov, Mustafa bəy Vəkilov, Elşən İsgəndərov, 20 Yanvar və Məşədi Cəmil Əmirov küçələrində müşahidə olunur. Adıçəkilən ərazilərdə lüklər təmir edilib.
Sözügedən küçələrdə quyular asfalt örtüyü ilə bərabərləşdirilir.
Bundan başqa, Atatürk prospektində avtomobil yolunun yararsız olan hissələrinə yamaq vurulur. Ərazidə texnika və canlı qüvvə çalışır.