Gəncədə avtomobil yollarının təmiri davam edir. Bu haqda Gencexeber.az-a 4 noyabr tarixində məlumat daxil olub.
Söhbət Rəşid Behbudov, Məhəmməd Şəhriyar, Əli Rzayev və Mehdi Hüseyn küçələrindən gedir. Adıçəkilən ərazilərə aidiyyəti qurumun canlı qüvvəsi və texnikası cəlb olunub.
Avtomobil və piyada yolu asfaltlama prosesi üçün hazırlanır. Burada köhnə asfalt örtüyü qaşınır. Növbəti mərhələdə avtomobil yolu asfaltlanacaq.
Qeyd edək ki, Rəşid Behbudov küçəsinə artıq bir qat asfalt örtüyü salınıb.