DYP Gəncədə bir sıra tədbir keçirib. Bu haqda 25 aprel tarixində Avtosfer-ə istinadən məlumat veririk.
“Siqnal” İLİİ respublikanın şəhər və rayonlarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir. Hazırda meteoroloji şərait nəzərə alınmaqla Gəncədə yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası, eləcə də işıqfor obyektlərinə texniki qulluq həyata keçirilir.