24.7 C
Gence
24.7 C
Gence

Şəhərdəki tıxacların səbəbi nədir?

Gəncədə tıxacların yaranma səbəbləri araşdırılıb. Bu haqda 22 sentyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

Şəhər ərazisində tıxaclar, əsasən, Nizami, Atatürk, Heydər Əliyev prospektlərində səhər, günorta və axşam saatlarında müşahidə edilir. Bildirilir ki, buna səbəb sürücülərin yol hərəkəti qaydalarını pozması olur. Məsələn dayanma, durma nişanı qoyulsa da, sükan sahibləri ona əməl etməyərək avtomobillərini saxlayırlar. Bu və sair hallar tıxaclara səbəb olur.

Avtobus sürücülərinin nəqliyyat vasitələrini dayanacaqlardan kənarda saxlamaları, minik avtomobilləri sahiblərinin ürəkləri istədikləri yeri özləri üçün duracaq seçmələri, taksi fəaliyyəti ilə məşğul olanların zəbt etdikləri yol kənarları həm hərəkəti çətinləşdirir, həm də təhlükə yaradır.

Bundan başqa, piyadalar da yol hərəkəti qaydalarına əməl etmirlər. Yeraltı və yerüstü keçidlərdən istifadə edilməməsi, dayanacaqdan kənar yerlərdə avtobusa minmək və ya düşmək istəyi, yolu keçərkən ləng hərəkət də tıxacların yaranmasında rol oynayır.

Ən Çox Oxunan