19.1 C
Gence
19.1 C
Gence

Şəhər sakinləri yollarının təmir olunacağı günü gözləyirlər

Gəncədə iki küçənin sakinləri məhəllələrindəki yolun asfaltlanmasını istəyirlər. Bu haqda 18 may tarixində Gəncəxəbər.az-a məlumat daxil olub.

Sözügedən şəxslər Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçəsinin sakinləridir. Mehdi Hüseynzadə küçəsində asfalt örtüyu, ümumiyyətlə, yoxdur. Bu da sakinlərin haqlı narazılığına səbəb olur. Onlar bildirirlər ki, avtomobili bu küçəyə salmaq olmur və nəqliyyat vasitələri tez sıradan çıxır.

N.Nərimanov prospektinin 6-cı dalanında asfalt örtüyünün olmasına baxmayaraq, yol artıq dağılıb. Küçədə yaranan çalalar səbəbindən yağıntılar zamanı yolda gölməçələr yaranır.

Ən Çox Oxunan