Gəncədə yollarda hərəkətin təhlükəsizliyi üçün tədbirlər görülür. Bu haqda 4 noyabr tarixində Baş Dövlət Yol Polisi İdarəsinə istinadən məlumat veririk.
“Siqnal” İLİİ (İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi) yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini gücləndirir. Hazırda meteoroloji şərait nəzərə alınmaqla Nizami yurdunda istismar müddəti keçmiş yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş yol xətlərinin, yol-cizgi işarələrinin bərpası, həmçinin svetofor obyektlərinə texniki qulluq həyata keçirilir.