24.3 C
Gence
23.5 C
Ganja

Şəhər ərazisində avtoxuliqanlıq edən sürücülər saxlanılıb

Gəncədə qanun pozuntularına yol verən sürücülər saxlanılıb. Bu haqda məlumatı iyunun 18-də ATVNews-a istinadən veririk.

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində reydlər keçiriblər. Bir qrup gənc özlərinə məxsus müxtəlif markalı avtomobillərdə qanunla qadağan edilmiş konstruksiya dəyişikliyi ediblər. Onlar hərəkətdə olarkən, digər hərəkət iştirakçılarına təhlükə yaradıblar.

Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görülüb.