Gəncədə səhər saatlarından etibarən işləməyən işqforlar sıxlığa səbəb olub. Bu haqda məlumat iyunun 30-u Gencexeber.az-a daxil olub.
Sözügedən hal Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində, “Azərittifaq” adlanan ərazidə müşahidə edilir. Ərazidə yerləşən işıqforlar səhər saat 9:30 radələrindən etibarən işləmir. Oradakı binalarda işıq təchizatı kəsilib.
Avtomobil yolunda sıxlıq yaranıb. Sürücülər hərəkət etməkdə çətinlik çəkirlər.

