“ASAN xidmət” yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 22 may tarixində Qafqazinfo.az-a istinadən xəbər veririk.
2 saylı “ASAN xidmət” yaxınlığında baş verən qəzada hərəkətdə olan “Mercedes-Benz Gelandewagen” markalı minik maşını “VAZ 2106” markalı avtomobillə toqquşub. Arxadan VAZ-a çarpılan “Gelandewagen” idarəetməni itirərək yoldan çıxıb. Qəza zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, araşdırma aparılır.