Gəncədə iki minik avtomobili tüstü səbəbindən toqquşub. Bu haqda Gencexeber.az-ın müxbiri 11 noyabr tarixində məlumat verib.
Hadisə şəhərin Aida İmanquliyeva küçəsində baş verib. Hərkətdə olan “Toyota Land Cruiser” “Mercedes”in önünə çırpılıb. Hadisə zamanı xəsarət alan olmayıb.
İlkin məlumata əsasən, qəzaya səbəb küçədə yandırılan xəzəl olub. Səhər saatlarında küçə süpürülmüş və saralmış yarpaqlar yolun kənarına toplanmışdır. Yandırılan tullantılar qatı tüstü yayaraq sürücülərin vizual görüntü imkanlarını məhdudlaşdırmışdı.
Hadisə yerinə polis və sığorta əməkdaşları cəlb olunub.