25.8 C
Gence
25.8 C
Gence

Gəncə yollarında təmir işləri aparılır: Atatürk prospektində tıxac əmələ gəlib

Gəncənin Nəriman Nərimanov prospektində aparılan təmir işləri çərçivəsində yolun asfalt örtüyünün bir hissəsi qaşınıb. Şəhərin digər hissəsində isə tıxac yaranıb. Bu haqda Gencexeber.az-a dekabrın 23-ü məlumat daxil olub.

Hərbi şəhərciyin yanında aparılan işlər zamanı dərin xəndək əmələ gəlib. Yolda hərəkət edən sürücülər nəqliyyat vasitələrinin sürətini azaltmalı olurlar.

Şəhərin Atatürk prospekti və Hüseyn Cavid küçəsinin kəsişməsində tıxac əmələ gəlib. Buna səbəb orada temet daşları ilə yolun hərəkət hissəsinin bərpa edilməsidir.

Xatırladaq ki, Atatürk prospektində yol örtüyünün təmir olunması haqda xəbər vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan