Yol qəzasında ağır xəsarətlər alan sürücü Gəncə xəstəxanalarının birinə yerləşdirilib. Bu haqda məlumatı iyunun 8-i Report-a istinadən veririk.
Hadisə Bakı-Qazax avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Minik maşını idarəetmədən çıxaraq yol kənarındakı üzüm sahəsində olan maneəyə çırpılıb.
44 yaşlı Q.Qasımov ağır xəsarətlər alıb. Qasımov Gəncədə yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, xəsarət alan sürücünün polis əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.