24.7 C
Gence
24.7 C
Gence

Gəncə-Toğanalı yolu tamamilə yenidən qurulub

Gəncə-Toğanalı yolunun yenidən qurulması işləri başa çatdırılıb. Bu haqda Apa.az-a istinadən xəbər veririk.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38 kilometrlik Gəncə-Toğanalı hissəsinin yenidən qurulmasını həyata keçirib. 1-ci mərhələdə yolun 16.5 kilometrlik Gəncə-Yeni Zod hissəsi bərpa olunub. 2-ci mərhələdə isə yolun 21.5 kilometrlik Yeni Zod-Göygöl-Maralgöl hissəsi təmir olunması ilə işlər sona çatdırılıb.

Hərəkətin təşkili üçün yol boyu siqnal dirəkləri, yol nişanları, məlumatverici lövhələr quraşdırılıb və üfüqi nişanlanma xətləri çəkilib.

Ən Çox Oxunan