10.3 C
Gence
10.3 C
Gence

Gəncə Texniki Kollecinin yanında hərəkət çətinləşib

Aparılan təmir işlərindən sonra şəhər ərazisindəki küçədə natəmiz hal hökm sürür. Bu haqda oktyabrın 10-u Gencexeber.az-a məlumat daxil olub.

Sözügedən hal şəhərin Bayan küçəsində, Gəncə Texniki Kollecinin yanında müşahidə edilir. Bu ərazidə su borusu partlamışdı. Xəttin təmiri zamanı yol bir neçə hissədə qazılmışdı.

Hazırda avtomobil yolunda xəndəklər əmələ gəlib. Yarğanlara batan maşınlar küçə boyunca palçıq yayır. Orada piyada və nəqliyyatın hərəkəti çətinləşib.

Xatırladaq ki, Bayan küçəsindəki kommunal qəza sentyabrın 19-u baş vermişdi.

Ən Çox Oxunan