19 C
Gence
19 C
Gence

Gəncə sakinləri Quba ərazisində baş verən qəzada həlak olublar

Gəncə sakinləri 25 avqust tarixində Qubada qəzaya düşüblər.

Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisində avtomobil qəzası baş verib. Quba şəhər sakini Nəriman Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkət edən zaman qarşısına çıxan iti vurub. Sürücünün idarəetməni itirməsi nəticəsində avtomibil yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan Gəncə şəhər sakinləri Şəfa Qasımova, Kəmalə Cəfərova, Şəmkir rayon sakini Larisa Həsənova, Quba şəhər sakini Məmmədhəsən Ələkbərov və sürücü Nəriman Süleymanov dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan