12.5 C
Gence
10.5 C
Ganja

Gəncə sakininə maşınını satmaq qismət olmayıb

Gəncədə növbəti avtomobil qəzası baş verib. Bu haqda Gencexeber.az-a 9 noyabr tarixində məlumat daxil olub.

Hadisə bu gün səhər 07:00 radələrində şəhərin Təbriz küçəsində “Sədinin kababxanası” adlanan yerin yaxınlığında qeydə alınıb. “Hyundai” markalı avtomobil yolun kənarında dayanan “VAZ 21011”ə çarpılıb. Nəticədə ikinci maşına ciddi zərər dəyib. Qəza zamanı xəsarət alan olmayıb.

Zərbənin gücündən “VAZ 21011”in yanındakı işıq dirəyi yararsız hala düşüb.

Qeyd edək ki, “VAZ21011”in sahibi avtomobilini satmaq istəyirdi.

Ən Çox Oxunan