14.7 C
Gence
14.7 C
Gence

Gəncə sakini ölümlə bitən qəzada iştirak edib

Gəncə sakini qəzaya düşüb. Bu haqda Gencexeber.az-a 25 noyabr tarixində məlumat daxil olub.

Hadisə bu gün saat 1 radələrində Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakinləri Valeh Qəhrəmanovun idarə etdiyi “VAZ-21015”, K.Bağırovun sürdüyü “Mercedes” markalı yük və Gəncə şəhər sakini S.Ələsgərovun “Mercedes” markalı avtomobilləri toqquşub.

Nəticədə V.Qəhrəmanov hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən Çox Oxunan