5.8 C
Gence
5.8 C
Gence

Gəncə sakini avtomobil ilə piyadanı vuraraq öldürüb

Gəncə şəhər sakini piyadanı vurub. Bu haqda məlumatı 20 iyun tarixində Daxili işlər Nazirliyinə istinadən veririk.

Hadisə Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti ərazisində dünən saat 22:00 radələrində baş verib. Yolu keçmək istəyən Lənkəran rayon sakini Elvar Abbasovu “Mercedes” markalı avtomobil vurub. Nəqliyyat vasitəsini Gəncə şəhər sakini R.Əliyev idarə edib.

Nəticədə piyada xəstəxanada ölüb. Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Ən Çox Oxunan