26.4 C
Gence
26.4 C
Gence

Gəncə sakini 15 sutka müddətinə həbs edilib

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü saxlanılıb. Bu haqda dekabrın 7-i Report.az-a istinadən məlumat veririk.

Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan Elvin Quliyevin idarə etdiyi “Nissan” markalı avtomobili tutublar.

İctimai asayişi nümayişkəranə şəkildə pozan sürücü saxla əmrinə tabe olmayıb. Sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Məhkəmənin qərarı ilə Elvin Quliyev sürücülük hüqundan 1 il müddətinə məhrum edilərək 15 sutka inzibati qaydada həbs edilib.

Ən Çox Oxunan