22.5 C
Gence
22.5 C
Gence

Gəncə: sürücülərin hərəkəti məhdudlaşıb

Gəncənin Sadıllı qəsəbəsi və Dəmiryol xəstəxanasının ətrafında asfalt örtüyündə əmələ gələn xəndəklər səbəbindən sürücülərin hərəkəti məhdudlaşıb. Bu səbəbdən sakinlər narazılıqlarını bildirirlər. Gencexeber.az-ın müxbiri məlumat toplayaraq 25 sentyabr tarixində xəbər verib.

Əldə etdiyimiz məlumata əsasən, orada mövcud olan asfalt örtüyü çoxdan istifadə edilməz haldadır. Döşəmənin bir çox hissəsində xəndəklər əmələ gəlib. Orada hərəkət edən ağır tonajlı yük maşınlarının fəaliyyətindən sonra yolda dalğalar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, sürücülərin mülkiyyətlərində olan nəqliyyat vasitələri yararsız hala düşməsin deyə, aşağı sürətlə hərəkət etməli olurlar ki, illərnən davam edən bu vəziyyət onların həyat axarına mənfi təsir göstərir.

Oxşar vəziyyət, Dəmir yol xəstəxanasının yanında da müşahidə olunur. Onun qarşısında və ətrafında olan yol infrastrukturunun yenidən qurulması ehtiyacı duyulur.

Daha öncə, Abbas Səhhət adına xəstəxasının qarşısında olan vəziyyət haqda məlumat vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan