Gəncədə iki “Mercedes” markalı minik avtomobili toqquşub. Bu haqda Gencexeber.az-ın müxbiri 5 oktyabr tarixində məlumat verib.
Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində saat 08:30 radələrində qeydə alınıb. Əldə etdiyimiz məlumata əsasən, bir nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları araşdırmalar aparıblar.
Daha öncə, Aqrar Universitetinin qarşısında üç maşının toqquşması haqda xəbər vermişdik.