Gəncədə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb. Bu haqda 18 sentyabr tarixində Apa-ya istinadən xəbər veririk.
Sözügedən hadisə Gəncə Qapılarının yaxınlığında qeydə alınıb. “VAZ-21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sərnişinlər – Bakı şəhər sakini, 43 yaşlı Ramin Məmmədov, Kürdəmir rayon sakini 57 yaşlı Vəfa Seyidova və Ağdaş rayon sakini 38 yaşlı Elşad Nəbiyev xəsarət alıblar.
Hadisə yerinə Təcili Tibbi Yardımın avtomobili cəlb olunub. Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.